Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık Ortaokulunda baş verən silahlı hücumdan sonra məktəbin fəaliyyəti dayandırılıb.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumatlara görə, təhlükəsizlik və şagirdlərin psixoloji vəziyyəti nəzərə alınaraq təhsil müəssisəsinin bağlanması qərara alınıb.
Rəsmi qurumların açıqlamasına əsasən, məktəbdə təhsil alan şagirdlər mərhələli şəkildə digər məktəblərə köçürüləcək. Köçürülmə prosesinin qısa müddətdə və təşkilatlanmış şəkildə həyata keçiriləcəyi bildirilir.