Şanlıurfa və Kahramanmaraşda məktəblərə edilən hücumlarla bağlı aparılan istintaq çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən 130 hesab barəsində tədbir görülüb, 95 nəfər saxlanılıb. Daha 35 nəfərin tutulması istiqamətində əməliyyatlar davam etdirilir.
Bundan başqa, 1.104 sosial media hesabına giriş məhdudiyyəti tətbiq edilib. Məktəbləri hədəf göstərən 67 nəfərin də saxlanıldığı bildirilib.