Azedu.az

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb

İmtahanlar

13 Aprel 2026, 12:52
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi başa çatıb

Aprelin 12-də II–X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin birinci mərhələsi keçirilib. Müsabiqədə minlərlə şagird öz riyaziyyat biliklərini və məntiqi düşünmə qabiliyyətini sınaqdan çıxarıb.

AzEdu.az xəbər verir ki, birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər növbəti mərhələyə vəsiqə qazanacaqlar. Nəticələrin yaxın günlərdə elan olunması gözlənilir.

Qeyd edək ki, Kenquru Müsabiqəsi dünya üzrə geniş iştirakçı kütləsinə malik olub, şagirdlər arasında riyaziyyatın populyarlaşdırılmasına xidmət edən ən böyük intellektual yarışlardan biridir.

Müsabiqənin formatı beynəlxalq standartlar çərçivəsində müəyyənləşdirilib. İştirakçılar müxtəlif çətinlik dərəcəsinə malik qapalı tipli test tapşırıqlarını həll edərək yalnız nəzəri biliklərini deyil, həm də analitik düşünmə, problem həlletmə və yaradıcı yanaşma bacarıqlarını nümayiş etdirirlər.

İrana dəhşətli hücum başlayır: Ordu hazır vəziyyətə gətirildi
Son xəbərlərDaha çox