Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 9-da paytaxtdakı 98 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.
AzEdu.az xəbər verir ki, layihənin budəfəki qonağı I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü, həmçinin Təhsil TV-də işıqlandıracaq.