Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 12:14:34
“Kitabların oxunması məcburiləşdirilməlidir” - Əflatun Amaşov

"Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir". 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov bu gün keçirilən iclasında səsləndirib. 

Onun sözlərinə görə, kitabların qiymətləri çox baha olduğu üçün xaricdən gətirilən çap məhsulları ƏDV-dən azad edilməlidir.

Ə.Amaşov həmçinin bildirib ki, orta məktəblərdən başlayaraq kitabların oxunması məcburiləşdirilməlidir. Belə olan halda effektini görə bilərik .

Komitənin sədri Rəfael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var: 

"Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”.