Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-17 12:00:21
Minlərlə abituriyentin gözlədiyi jurnal bir neçə günə nəşr olunacaq – Çapa göndərildi  

“Abituriyent” jurnalının 1-ci nömrəsi artıq çapa göndərilib”.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildiriblər. Məlumatda qeyd olunub ki, jurnal artıq çapa göndərilib və yaxın bir neçə gün ərzində nəşr olunacaq.

Xatırladaq ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları