Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 11:06:00
Tələbə qız milyonları heyran etdi - Unikal kadrlar (VİDEO )

ABŞ-ın Lors-Anceles şəhərindəki Kaliforniya Universitetinin tələbəsi, 21 yaşlı Keytlin Ohasi sosial şəbəkələrin yeni ulduzudur. Bədii gimnastika ilə məşğul olan Keytlin fenomenal hərəkəti ilə milyonların rəğbətini qazanıb.

AzEdu.az ABC-yə istinadən bildirir ki, Anahaym şəhərində tələbələr arasında keçirilən "Collegiate Challenge" gimnastika turnirində Keytlin Ohasi fərdi yarışda çıxış edib.

Pop kralı Maykl Ceksonun  və "Earth Wind and Fire" qrupunun mahnılarının sədası altında təmrinlərin icrasına başlayan Keytlin çıxışının sonunda hoppanaraq yana açılmış ayaqları üstə düşüb.

Bu isə gimnastikada çox çətin və unikal hərəkət sayılır. 

Keytlinin çıxışının videosuna sosial şəbəkələrdə indiyədək 14 milyon dəfə baxılıb.

Keytlin ötən ilin fevralında məşhurlaşmışdı. NCAA Gymnastics onun çıxışını YouTube kanalında paylaşandan sonra videoya 561 min dəfə baxılmışdı.