Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 21:57:00
ABŞ məktəblərində qondarma “erməni soyqırımı” tədris ediləcək

ABŞ-ın Kaliforniya  ştatının təhsil departamenti  erməni icmasının təqdim etdiyi  "qondarma erməni soyqırımı” tarixinin tədris edilməsi üzrə   iki illik  layihəni qəbul edib. AzEdu.az xəbər verir ki, bu barədə Ermənistanın “Asbarez” qəzeti məlumat yayıb.

Layihənin təqdimatının  2019-cu il ərzində keçiriləcəyi gözlənilir. İyun ayında müəllimlər üçün iki seminar keçiriləcək. Bundan əlavə, proqram “Şoa” Fondu İnstitutu ilə də  əməkdaşlığa başlayıb və hər iki qurum ötən ilin dekabrında ilk müşavirələrini keçirib.

 

 

Qəzetin yaydığı digər məlumata görə, Texas ştatının təhsil şurası, qondarma  “erməni soyqırımı”nın şagird və tələbələr tərəfindən dünya tarixindəki soyqırım nümunələrindən biri kimi  öyrənilməsi üçün təhsil standartlarının yeniləyib.

 

Xatırladaq ki, qondarma erməni soyqırımı barədə məlumatların tədris materiallarına və dərsliklərə daxil edilməsi  barədə ilk qərarı 2014-cü ildə Kaliforniya ştatının qanunvericilik orqanının təhsil məsələləri üzrə alt komitəsi qəbul edib.