https://www.zirve.edu.az/
14.01.2019 11:43
Kişilərin nəzərinə - Ağıllı arvad ömrü uzadır

AzEdu.az xarici mediaya istinadən insan ömrünü uzada biləcək tövsiyyələr verir:  

Hər gün alma yeyin - alimlərə görə qida rasiona gündəlik olaraq alma əlavə olunması ömrü uzadır. Mütəxəssislər almanın tərkibində epikatexin maddəsini aşkar ediblər, bu maddə yaşıl çayın tərkibindəki polifenollara oxşardır. Onlar qan damarlarının elastikliyini bərpa edir, immuniteti gücləndirir. 

Acı şokolad - hər gün yeyilən  bir neçə parça şokolad üzdə qırışların əməl gəlməsinin qarşısını alır və dəri xərçənginin yaranması riskini azaldır. Bunun səbəbi kmi şokoladın tərkibində olan flavonidlər göstərilir.     

Fiziki fəallıqla məşğul olun - müntəzəm fiziki əmək qanda xolesterinin miqdarını azaldır. Məlumdur ki, məhz “pis” xolesterinin miqdarının artması ilə ateroskleroz xəstəliyi, ürəyin işemik xəstəliyi, ürəyin koronar,  infarkt  xəstəliyi  yaranır. Buna görə də idman olmadan uzun müddətli gənclik mümkün deyil. 

Ağıllı arvad - İsveç alimləri hesab edir ki, ömrü uzatmağın kifayət qədər sadə vasitəsi var. Bir sıra evli ailələrin həyatını yaxından öyrənən alimlər müəyyən ediblər ki, ərlərin uzunömürlülüyü birbaşa onlarıın qadınlarının intellekt və inkişaf səviyyəsindən asılıdır. Bununla belə, kişilərin əqli qabiliyyəti elə də rol oynamır.  

Hərəkət - gəncliyi qoruyub saxlamaq üçün müntəzm olaraq idman meydanlarına getmək, hər zaman hərəkətdə olmaq, həyatda fəal addımlar atmaq lazımdır. Bu zaman insanın çəkisinin elə də əhəmiyyəti yoxdur.    

Rahat yuxu - əgər qadın gün ərzində 8 saatdan az yatırsa, onda ürək xəstəliyinə tutulma riski artır. Bunun səbəbi odur ki, müntəzəm olaraq tam yuxu almamaq qadınların qanında yüksək aktivli proteynin  miqdarını artırır, bu isə öz növbəsində ürək-damar  patologiyalarına yol açır.   

Sağlam qida - bitki mənşəli yeməklərə daha çox üstünlük vermək lazımdır. Lakin heyvan mənşəli qidalardan da imtina etmək olmaz, əks halda bu orqanizmə mənfi təsir edə bilər.