Süni intellekt və robot texnologiyası inkişaf etdikcə bəzi peşələr sıradan çıxır. Hazırda bu proses zəif irəliləsə də, gələcəkdə sürətlənəcək və insanlar kütləvi şəkildə işsiz qalacaq.
AzEdu.az-ın verdiyi məlumata görə, Vaşinqtonda yerləşən “Kiplinqer” araşdırma mərkəzi gələcəkdə də ehtiyac duyulacaq peşələrin siyahısını açıqlayıb.
Mərkəz 773 ən populyar peşəni araşdırıb və ən uzunömürlülərini seçib. AzEdu.az həmin peşələri təqdim edir:
-Fizioteropevt;
-Həkim asistenti;
-İnformasiya təhlükəsizliyi analitiki;
-Kompüter sistemləri müdiri;
-Biznes üzrə analitik;
-Maliyyə idarəçisi;
-Səhiyyə xidmətləri müdiri;
-Tibb bacısı;
-Proqramçı