Rusiyada şagirdlərə evdə hazırlanmış yeməkləri orta məktəbə gətirmək qadağan olunacaq.
AzEdu.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə ölkədə təklif olunmuş yeni qida təhlükəsizliyi qaydalarında deyilir.
Bundan başqa, məktəb yeməkxanalarında soyuducuda yeməklərin növbəti günədək saxlanılması da qadağan ediləcək.