Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 17:03:47
Kənd müəllimindən Təhsil Nazirliyinə müraciət: “Acizanə sürətdə xahiş edirəm ki...”  

Lənkəran rayon Boladi kənd 1 saylı tam orta məktəbin "Fizika-İnformatika" müəllimi Seyran Əliyev AzEdu.az-a vasitəsilə Təhsil Nazirliyinə müraciət edib.

Müəllimin müraciətini diqqətə çatdırırıq:

“Dəfələrlə Təhsil Nazirliyinin həyata keçirdiyi layihə və elektron müsabiqələrin qalibi olmuşam. Kənd məktəbi olsaq da, hər il məzunlarımızdan 12-15 nəfər ali məktəbə daxil olur. Son dövrlər TN-nin məktəblərə verdiyi LEGO setləri barədə şagirdlərimə danışıb, onları bu setlərlə virtual tanış etdikdə, onlarda LEGO setlərinə və robot texnikasına böyük maraq yaranıb.

Şagirdlərimizin böyük maraq və həvəsini nəzərə alaraq məktəbimizə də LEGO setlərinin verilməsini acizanə sürətdə xahiş edirik. Ümid edirik, şagirdlərimizin istəyini nəzərə alaraq məktəbimizi sevindirəcəksiniz”.