Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 10:00:00
Tələbə qız hicaba görə imtahandan qovuldu 

Hindistanın Qoa ştat hökuməti imtahan verən qızl tələbələrin hicab  geyinə bilməsi barədə bəyanat verib. 

AzEdu.az Moderator.az-a istinadən xəbər verir ki,  “Money Control” nəşri məlumat yayıb. Daha əvvəl ştatda imtahan götürən müəllimlərin 24 yaşlı Safina Sudaqarın hicabını çıxarmaqdan imtina etdiyi üçün auditoriyadan qovması qərarı ətrafında qızğın müzakirələr gedib.

Safina haqsızlığa diqqət çəkmək üçün müxtəlif instansiyalara şikayət edib. Tezliklə regional hakimiyyətdən reaksiya gəlib.

"Qadına imtahana qatılmaq üçün icazə verilməli idi"- deyə Qoa təhsil şöbəsinin müdiri Prasad Lolinkar  bildirib.

Məmur izah edib ki,  imtahan verənlərin zahiri görünüşü üçün xüsusi tələblər yoxdur. Odur ki, tələbə qızların hicab geyinməsi   heç bir qaydanı pozmur.