Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 15:30:42
AzEdu.az  və müəllifin dağlara apardığı kitab sovqatı – Şagird sevincinin videosu  

Kitablar, insanları mənəvi cəhətdən müsbətə doğru dəyişən bir fürsətdir. Oxumaq  birmənalı şəkildə insanların zehni və ruhi inkişafına səbəb olur.

Beləliklə, kitab oxumaq bir  nəfər kimi hər kəsin, xüsusilə bütün məktəblilərin haqqıdır.

AzEdu.az məhz ucqar kənd məktəblərində təhsil alan uşaqların da bu “fürsətdən” yararlanmasını təmin etmək üçün başlatdığı layihəni davam etdirir.

AzEdu.az bu dəfə ucqar Lahıcda məktəblilərə kitab paylayaraq onları sevindirib.

Kitabların böyük əksəriyyəti motivasiya üzrə əsərlərin müəllifi, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilova məxsus olub.

Müəllifin “MəqsədliSən?!” və “Gəncsən, başla” kitabları Lahıc məktəblilərinin böyük marağına səbəb olub.

Lahıca yeniyetmə və gənclərin şəxsi və fərdi inkişafına dəsətək məqsədilə kitablar “Azərsun” Holdinqin dəstəyi ilə Parlament Jurnalistlər Birliyi və tərəfdaşları - www.azedu.az Azərbaycan təhsil portalı, "Azərbaycan Universiteteləri” facebook səhifəsi, və  www.edumap.az təhsil portalı ilə birgə həyata keçirilib.

Portal əməkdaşları Lahıca elə müəlliflə birlikdə səfər edərək orada məktəbliləri sevindirəcək. Bu, həm də uşaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il hədiyyəsi olub.

Layihəni keçirməkdə əsas məqsəd ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da  maariflənməsinə az da olsa töhfə verməkdir.