Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 14:20:00
Yeni dərslik çapdan çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, dosent Elman Yusifovun və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının ictimai-siyasi fənlər kafedrasının müdiri, dosent Müşfiq Ramazanovun həmmüəllifi olduqları “Konfliktologiya” adlı dərslik nəşr olunub.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, dərslikdə konfliktologiyanın müstəqil elm kimi təkamülü, əsas konflikt nəzəriyyələri, konfliktlərin müasir tədqiqat metodları, strukturu, dinamikası, funksiyaları kimi məsələlər əksini tapıb. Habelə Azərbaycanın ictimai və elmi fikir tarixində konflikt problemləri tarixi kontekstdə araşdırılıb, konfliktologiyanın metodoloji prinsipləri və onların idarə edilməsi üsulları açıqlanıb.

Dərslik DTX-nin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri, həmçinin konfliktologiya kursunu öyrənən digər universitetlərin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər üçün nəzərdə tutulur.