Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 13:09:16
15 yanvaradək təhvil veriləsi KSQ nəticələrinə ehtiyac yoxdur” – Summativ qaydalarda yeniliklər

Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirib. 

AzEdu.az xəbər verir ki, konfransda Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev summativ qaydalarına edilən dəyişikliklər barədə danışıb:

"Bu dəyişikliklərdən sonra I sinifdə təxminən 72 qiymətləndirmə azalıb. Ümumiyyətlə, ibtidai təhsil səviyyəsində summativ qiymətləndirmələrin sayı 288-dən 180-ə düşüb. Yəni, təxmini100 vahid azalıb ki, bu da əsaslı yükdür. Şagirdlər hər il 27 vahid az qiymətləndirməyə cəlb olunacaqlar.

Ümumi orta təhsil səviyyəsində V-IX siniflərdə hər sinif üzrə təxminən 25 summativ qiymətləndirmə ləğv olunub. Yəni, cəmi ümumi orta təhsil üzrə bu say 225 vahid azaldılıb.

X-XI siniflərdə 22 summativ qiymətləndirmə azaldılıb.

Dəyişikliklərlə bağlı sənəd imzalandığı gündən məktəblərdə tətbiq olunacaq. Bəziləri deyir ki, dəyişikliyi ilin ortasından tətbiq edirsiniz. Bu gözlənilən qayda idi. Bəzi məktəblərdə I sinifdən summativlər aparılıb.

Müəllim bunu haqlı olaraq köhnə qaydanın tələbinə görə aparıb. Amma şagirdin illik qiyməti çıxarılmayacaq.

 Əvvəlki qaydalara görə, I sinifdə müəllimlərin  15 yanvara qədər təhvil verməli olduqları KSQ nəticələrinə ehtiyac yoxdur. Bu hazırda nə şagird, nə də müəllimin həyatını çətinləşdirir.Qaydanın ilin ortasında tətbiqi ilə bağlı çaşqınlığa səbəb görmürəm".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları