Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 14:36:00
“Lütfi Zadənin niyə Nobel ala bilməməsi hələ də məlum deyil, görünür, o, özü...” - ANONS

“Bir şeyi–elmi nailiyyəti, kəşfi-irəli çıxarmaq, təqdim etmək lazımdır. Lütfi Zadəyə kömək etmək lazım idi”.

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı fizika-riyaziyyat elmləri doktoru, professor Arif Səlimov deyib.

“Thomson Reuters” bazasına daxil olan impakt paktorlu beynəlxalq  elmi  jurnallarda 52 məqaləsinin çıxdığını bildirən alim, 20 ildən çox Türkiyənin Atatürk Universitetində çalışıb. Hazırda həmin universitetin professoru, Bakı Dövlət Universiteti Cəbr və Həndəsə kafedrasının müdiridir.

Bugünəcən iştirak etdiyi simpoziumların sayını  itirdiyini deyən alim müsahibə zamanı azərbaycanlıların Nobel almamasından tutmuş, dünyadakı elm mühitinin ölkəmizlə müqayisəsinədək xeyli məsələlərə aydınlıq gətirib.

AzEdu.az həmin müsahibədə toxunulan maraqlı detallardan birini təqdim edir:

“Böyük alimlərin Nobel almamasından danışdıqda həmən yadıma Lütfi Zadə düşür. Düşünürəm ki, Nobeli dünyaya səs sala bilən alimlər alırlarsa, niyə ona bu mükafat verilməyib? Özündəmi günah olub? Özümü istəməyib? Bunlar məlum deyil.

Amma ona zamanında dəstək olmaq lazım idi. Bir şeyi irəli çıxarmaq, təqdim etmək lazımdır. Lütfi Zadəyə kömək etmək lazım idi. Onun qrupu yığışmalı, ora-bura xəbər verməli, onu təqdim etməli idi. Görünür, o, özü də bunda maraqlı olmayıb. Amma bizim bəzi alimlərimiz o dəqiqə ortalığa atılırlar ki, mən medal almaq istəyirəm.

Nobelə layiq olanlar həqiqətən dünya elmini sarsıdan, onu silkələyən kəşflərə sahib olmalıdırlar. Azərbaycan alimlərinin o  mükafatı alması üçün bir neçə il gözləmək lazımdır. Onu qazanan da xaricdə, müəyyən mərkəzlərdə  çalışan alimlər ola bilər. Nobel bizə hələ ki çox uzaqdadır. Bizlərdən Nobel alan olsaydı, Lütfi Zadə alardı”.

Qeyd edək ki, professor Arif Səlimovla müsahibə geniş formada  yaxın günlərdə AzEdu.az-da yayımlanacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları