Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan təhsil müəssisələrinə, AMEA-nın institutlarına kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsinin icrasına davam edir.
MEK-dən AzEdu.az-a bildirilib ki, kitabxana tərəfindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutuna 12, Biofizika İnstitutuna 45, Yasamal rayonu Yeni Azərbaycan Partiyası Təşkilatına 546 nüsxə kitab təqdim edilib.
Xatırladaq ki, MEK “Açıq Kitabxana” layihəsinə 2016-cı ilin mayından başlayıb və bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab təqdim edib.