Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 16:45:00
MİQ müsabiqəsində vacib  dəyişiklər,  təsdiqlənən sertifikasiya-Həftənin təhsil  icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftə müəllimlərin işə qəbulu müsabiqəsində əlavə dəyişiklər lə yadda qaldı

Məlum olduğu kimi  müəllimlərin işə qəbul müsabiqəsində dəyişiklik edilib. Məntiq imtahan proqramından çıxarılıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində  nəzərdə tutulan dəyişikliyi belə izah edib: ““Təhsil haqqında” Qanuna əsasən müəllimlər beş ildən bir sertifikatlaşdırmadan keçəcəklər. İşə qəbul edilən müəllimlər işə başladığı ilk 5 il ərzində sertifikatlaşdırmaya cəlb edilməyəcəklər. Sertifikatlaşdırma imtahanlarında məntiqə aid test tapşırıqları olmadığı üçün müəllimlərin işə qəbulu qaydalarında da dəyişiklik edilib”.

Şöbə müdirinin sözlərinə görə, bu, müəllimlərin işə qəbulu müsabiqəsində həyata keçiriləcək yeganə dəyişiklik deyil: “Növbəti həftə ərzində digər dəyişikliklər barədə də ictimaiyyətə məlumat veriləcək.

 Azərbaycanda məktəblər bağlandı

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Ötən həftədə həm də AMEA-da yeni təyinat oldu

AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Eyni zamanda tarix elmləri doktoru Nəcəf Müseyibli AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Prezident Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi haqqında tapşırıq verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görüldü.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. 

Ötən həftədə şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq. Həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Həftənin təhsil informasiyaları

Azərbaycanda şagirdlərin sayı açıqlandı

2019/2020-ci tədris ilinin əvvəlinə şagirdlərin sayı 57,3 min nəfər olan 103 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 583 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 102,1 min nəfər şagird təhsil alır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları