Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 12:15:00
“Mən şagirdlərə  öyrənmək istəmədikləri tarixi“satmağa” çalışırdım”- Müəllimin etirazı

“Görün sizə nə deyirəm? Təsəvvür edin ki, dünən məktəbdə sonuncu gününüz idi. Bu gün nə etmək istəyərdiniz?

Yeniyetmələr üçün “Şimal ulduzu” müstəqil tədris müəssisəsinin banisi Ken  Danfor   bu sualları, adətən, öyrənmək istəyən, lakin dərslərə həvəssiz, laqeyd yanaşan uşaqlara verir. Bəs, görəsən, Ken uşaqlara daha məktəbə getmək lazım gəlməyəcəyini deyəndə onlar necə davranırlar?

“Uşaqlar heyrətlənirlər,-o mənə dedi. –Onlar dərhal bu cür reaksiya verirlər:Doğurdan? Məktəbə gəlməsən, yenə də universitetə qəbul ola və iş tapa bilərsən? Adamların da səndən xoşu gələr?. Bu fikirləri məndən əvvəl onlara heç kim deməmişdi”

Ken fəaliyyətə inqilabçı kimi başlamayıb. O, universitetə gedərkən müəllim olub, aşağı siniflərə dərs deyib. “Uşaqların məktəbdə olmaq istəmədiyini görmək qorxunc idi. Mən onlara öyrənmək istəmədikləri ABŞ tarixini “satmağa” çalışırdım. Qiyam aktlarını oxuyurdum: 8-ci sinifdə ABŞ tarixini öyrənmək istəməsəniz, onda heç nə etməyi bacarmayacaqsız. Lakin bir gün dediklərimin mahiyyətinə vardıqda özümü axmaq kimi hiss etdim. Onlarla papaq, nizam-intizam qaydaları, ya da ayaqyolundakı davranış  ilə bağlı mübahisələr edirdim. Bütün bu məsələlərdən nə qədər qaçmağa çalışırdımsa, məktəb də bir o qədər çox üstümə düşürdü. Bununla belə, yenə də bu iş məndə yaxşı alınmırdı. Sadəcə olaraq, bu mövzular haqqında uşaqlarla, ciddi danışa bilmirdim. Eyni zamanda qarışqadan fil düzəltmək də istəmirdim.

Bir dəfə “Yeniyetmələrin azad edilməsi kitabçası”nı oxuyurdum. O kitabda “Həyatımda nəsə başqa bir şey etmək istəyirəm. Günləri bir-birinin ardınca  belə yola verə bilmərik. Nəyəsə başlamaq üçün 18 yaşımı gözləyəsi deyiləm. Mən gedirəm” kimi fikirlər yazılmışdı.  Bu kitab insanlar üçün olan ev məktəbi və ya məktəbdənkənar təhsil kimi çoxluğa uymayan formalar haqqında idi.  Beləliklə, mənə maraqlı gəlməyə başladı ki, görəsən məktəbə getməmək necə ola bilər? Bu uşaqlara necə təsir edər? Əgər onlardan nəsə öyrənmək istədiklərini soruşsaq , o zaman necə cavablar eşidərik? Məsələn şagirdlərə belə suallar verə bilərik: Bu gün burada olmaq istəyirsinizmi? Hara getmək istərdiniz?Kiminlə? Neçə müddətlik?  Mənimlə tarix öyrənmək arzusundasınızmı? Yaxşı, öyrənməyə bilərsiniz. Oxumaq istəmirsiz? Onda oxumayın.

Amma bu nəticəni necə əldə etmək olardı? Məktəb olmayan  başqa bir sistem qurmaqla bunları etmək mümkün idi.         İcma mərkəzi yaratmaq da olardı.  Təssəvvür edin ki, bir proqram hazırlayırsan və insanlara deyirsən:”Sizə özünüzun və valideynlərinizin həyatını idarə etməyinizə köməklik göstərəcəyəm və bu rahat, xoşbəxt məkana istədiyiniz qədər gələ bilərsiniz.  Az, ya çox- bunu özünüz müəyyənləşdirin.  Burada olduğunuz və nəzakətli davrandığınız müddətcə istədiyinizi edə bilərsiniz. Ürəyiniz istəyən vaxtı gəlib-getmək də olar. Bilirsiniz nə var? Böyük ehtimalla hər şey qaydasında olacaq”.

“Şimal ulduzu” yeniyetmələrdə ciddi şəkildə gizlədilmiş və ya uzaqlaşdırılmış öyrənmək sevgisini yenidən kəşf etməyə kömək edən mərkəzdir.  O, adi məktəb olmasa da, çoxu üçün effektiv fəaliyyət göstərir. Bura məktəbə gedən, amma özünü xoşbəxt hiss etməyən, məktəbə getmək istəməyən yeniyetmələr üçündür. Burdakıların bəziləri əla qiymət alır. Bəzilərinin hobbisi var. Bəziləri isə ən sadə şeyləri belə bilmir və çoxlu problemləri mövcuddur.

“İnsanların özlərinə seçim haqqı vermək çox dərin mənası olan bir addımdır. Biz dərs deyəndə bunu etmək mümkün deyildi. Nə etmək istəyirsən və sənə necə kömək edə bilərəm? –deyə heç kim bizdən soruşmurdu. Onlar hələ heç nə bilmirlər, ona görə də hər şeyi təcrübədən keçirməlidirlər. Bu təcrübəyə həm də hər şeyə “yox” deyərək həyatı bir müddət boş buraxmaq və heç nə etmədiyi halda nə baş verəcəyinə baxmaq da daxildir. Bu əla əyləncədir”.

Ken və “Şimal ulduzu” başa düşür ki, öyrənməyin müxtəlif forma və ölçüləri var, uşaqların hamısına eyni qaydada təhsil vermək olmaz və şagirdlər özlərinə ən uyğun gələn formada, ən maraqlı sahələrdə tədris gördükdə inanılmaz dərəcədə böyük nailliyyətlər əldə edə bilirlər.  Modelin öz qeyri-ənənəviliyi ilə uğur əldə etməsi göstərir ki, bütün məktəblər öz şagirdlərinə təhsil vermək istiqamətində yeni yanaşmalar haqqında fikirləşməlidir.

Ken Robinson “Yaradıcı məktəblər” kitabından.