Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 12:25:00
Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanından 35 namizəd azad olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə keçiriləcək qəbul imtahanında qeydiyyatdan keçmiş 1504 namizəddən 35-i xarici dil imtahanından azad olunub.

DİM-dən AzEdu.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 2019-cu il 13 noyabr tarixli 443 nömrəli Qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

Qeydiyyatdan keçmiş 35 namizəd 2020-ci il yanvarın 13-dən 15-dək DİM-ə sertifikatını təqdim edərək imtahandan azad olunub.