Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 22:21:00
Alimlər beyinin ən yaxşı təmizləndiyi və yeniləndiyi saatları açıqladı

İstirahət günlərində doyunca yatın.

AzEdu.az  xəbər verir ki,  bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva açıqlayıb.

Həkim deyib ki,beyin gün ərzində, gecə və gündüz bioritmə uyğun fəaliyyət göstərməlidir. Quşlar kimi səhər tezdən qalxıb, axşam erkən saatlarda yatmaqla orqanizm steroid, melatonin kimi hormonları yüksək səviyyədə ifraz edir.

Erkən qalxıb faydalı səhər yeməyindən sonra ifraz olunan hormonlar, beyinin enerjili vəziyyətdə günə başlamasına səbəb olur. Doldur-boşalt ritmi ilə hərəkət edən beyinin ən yaxşı təmizləndiyi və yeniləndiyi yuxu saatlarını keyfiyyətli keçirməsi vacibdir.