XƏBƏRLƏR

26.12.2019 16:24
Builki qəbul qaydalarında nələr dəyişdi – Sadə dildə izah

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən edilən dəyişiklik rezident olmaq istəyənlərdə xeyli suallara yol açıb.

Onları maraqlandıran əsas məqamlardan biri də yeniliklərin 2020-ci ildə imtahan verəcək şəxslərə şamil edilib-edilməyəcəyi ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumat görə, dəyişiklər 2020-2021-ci tədris ilindən qüvvəyə minir. Yəni, gələn il rezidenturaya qəbul olunmaq istəyənlər yeni qaydalarla imtahan verəcəklər.

Qeyd edək ki, dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanların nəticələri 5 il qüvvədə qalır. Yəni, onlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar.

“İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.

Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır.

Hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları