Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 12:58:00
Tərtər yaşamalı, gəzməli və görməli bir məkana çevrilib

Düşmən ilə 48 kilometr təmas xəttinə malik Tərtər sürətlə inkişaf edir. Prezident İlham Əliyevin Tərtərə böyük qayğı və diqqəti bu inkişafın əsasında durur. Qəhrəman tərtərlilər hər zaman dövlətin siyasi kursuna sadiqlik nümayiş etdirirlər. Bu quruculuq işlərinin uğurla həyata keçirilməsində rayonun icra hakimiyyətinin, idarə və müəssisələrinin, əslində hər bir tərtərlinin böyük əməyi var. Tərtərdə aparılan quruculuq işlərinin miqyası çox böyükdür. Bir neçə məlumatla dediklərimizi əsaslandırmaq istərdik.

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov bildirib.

Akademik deyib: “Rayon icra hakimiyyətinin qarşısındakı mərkəzi meydan və Heydər Əliyev Parkı yenidən qurulub (2014-cü ildə). Bundan başqa, şəhərin küçə və meydanlarında təmir-abadlıq işləri aparılıb, asfalt örtüyü qoyulub. Altı ümumtəhsil məktəbinin binası əsaslı təmir olunaraq istifadəyə verilib. 2014-cü ildə Borsunlu və Qazyan tam orta məktəblərin binası, 2017-ci ildə Rəcəbli ümumi orta və Seydimli kənd tam orta məktəblərin binası, 2018-ci ildə isə 6 saylı tam orta məktəbin və Qazyan ümumi orta məktəbin binaları əsaslı təmir olunub. 1 ədəd 1200 yerlik məktəb - Şıxarxda (2017-ci ildə) 1200 şagird yerlik məktəb binası, bundan başqa , 5 modul tipli məktəb tikilib. Həmçinin Xoruzlu, Bəyimsarov kənd tam orta məktəblərinin əsaslı təmiri, Azad Qaraqoyunlu, İsmayılbəyli, Soyulan, şəhər 5 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi nəzərdə tutulub. Rayonda 3 körpələr evi-uşaq bağçası, son 5 il ərzində 4 inzibati bina tikilib istifadəyə verilib, 2-nin tikintisi davam etdirilir, 5 inzibati bina isə əsaslı təmir edilib.

Vaqif Abbasov bildirib ki, hazırda rayon icra hakimiyyətinin və sukanal idarəsinin inzibati binasının tikintisi davam edir. O qeyd edib ki, 2016-cı ildə şahmat məktəbi, Yeni Azərbaycan Partiyasının inzibati binası, 2017-ci ildə tarix-diyarşünaslıq muzeyi, 2018-ci ildə xalça istehsalı emalatxanası tikilib. Bundan əlavə, 2015-ci ildə Qapanlıda tibb məntəqəsi tikilib istifadəyə verilib. Aprel hadisələri zamanı 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəymiş ziyan aradan qaldırılıb. Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi qurulub, 2016-cı ildə 15 kənd içməli su ilə təchiz olunub. Həmçinin 2017-ci ildə 1176 məcburi köçkün ailəsi üçün hər bir infrastrukturu olan yeni qəsəbə, 2016-2017-ci illərdə iki körpü, 5 il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli bina və 25 fərdi yaşayış evi tikilib istifadəyə verilib.

“2017-ci ildə Tərtər-Goranboy, bu il isə Kitabxana-Cəmilli, Tərtər-Hindarx magistral avtomobil yolu, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı, Sarov-Borsunlu, Hacıqərvənd və Hüsənli kəndlərarası avtomobil yolu əsaslı təmir olunub.112 ictimai yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunub, həyətləri bütünlüklə asfaltlanıb, dörd küçədə abad məhəllə yaradılıb, iki kiçik futbol meydançası quraşdırılıb. Həmçinin olimpiya idman kompleksi, dövlət rəmzləri muzeyi, şəhər elektrik yarımstansiyası, xalça istehsalı emalatxanası tikilib. Təmas xəttində yerləşən beş kənddə son beş ildə gecə işıqlanması sistemi qurulub. Tərtər indi Azərbaycanın ən gəzməli, görməli, yaşamalı bölgələrindən biridir. Biz rayonumuzun keçmişi, bu günü ilə fəxr edə bilərik. Tərtər düşmənə hər zaman göz dağı olub. Rayonumuzun tarixi qəhrəmanlıq tarixidir. Bu tarixdə əmək qəhrəmanlarının da xüsusi yeri var. Bizə Tərtər ilə qürurlanmaq şərəfini yaşatdığı üçün Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildiririk, hər zaman ona sadiqliyimizi və onun böyük və möhtəşəm siyasi kursunu dəstəklədiyimizi bildiririk”, - deyə akademik Vaqif Abbasov qeyd edib.