XƏBƏRLƏR

10.12.2019 12:24
Azərbaycanlı startapçıdan maraqlı layihə – məsafədən evin temperaturunu tənzimləyə biləcəksiniz

Azərbaycanda məsafədən evin temperaturunu tənzimləyən tətbiq hazırlanır.

AzEdu.az xəbər verir ki, bunu TED.az-a açıqlamsında layihənin rəhbəri Şirin Şükürov deyib.

Şirin Şükürov bildirib ki, hazırladığı layihə İKT Lab-ın nəzdində təcrübə proqramındadır: ““Air quality monitor” layihəsinin məqsədi havanın temperaturunu, təzyiqini və havada olan kimyəvi maddələrin miqdarını müəyyən edib qrafik user interfeysə göndərməkdir. Ev sakini evində olmasa belə, layihənin mobil tətbiqi vasitəsilə otaqların temperaturuna nəzarət edə bilər. Əgər temperatur istədiyini şəkildə deyilsə, kondisioneri açıb evin hava şəraitini idarə edə bilər. Yaxud da tətbiqin istifadəçisi evində CO2 qazının artıq olduğunu görsə, avtomatik evin pəncərəsini açıb havanı da təmizləyə biləcək”.

Qeyd edək ki, “Air quality monitor” startapı “Bakutel-2019” sərgisində nümayiş olunub.