Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 14:30:00
Zəhərlənən tələbə qızlarla bağlı YENİ XƏBƏR - RƏSMİ

Qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb.

AzEdu.az xəbər verir ki, bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün onlar evə buraxılıblar.

Xatırladaq ki, hadisə dekabrın 3-də baş vermişdi və 20 yaşlı iki tələbə qız kirayə yaşadıqları evdə zəhərlənmişdilər. Onlardan biri isə Bakı Dövlət Universitetinin tələbəsi idi.