XƏBƏRLƏR

13.11.2019 16:35
Əlyazmalar İnstitutundan deputata CAVAB verildi

Ötən gün Milli Məclisin iclasında büdcə müzakirələri zamanı deputat Gövhər Baxşəliyeva xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmaların olduğunu bildirib. Deputat təklif edib ki, dünya kitabxanalarından Azərbaycana aid olan əlyazmalar ölkəyə gətirilməlidir.

Maraqlıdır, Azərbaycana məxsus əlyazmalar daha çox hansı ölkələrdədir ? Onların gətirilməsi istiqamətində işlər görülürmü ?

 AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov dünya ölkələrində Azərbaycana məxsus əlyazmaların ölkəyə gətirildiyini, lakin bu prosesin sistemli halda olmadığını bildirib.

“Xarici ölkələrdə nə qədər əlyazma saxlanıldığını tam dəqiqliklə demək mümkün deyil. Çünki xarici ölkələrin bir çoxunda əlyazmalar kataloqlaşdırılmayıb. Əlyazmalarımız daha çox İran, Türkiyə, Hindistan, Pakistan kimi ölkələrdə, Avropanın özündə, Fransa Milli Kitabxanasında, Böyük Britaniya Muzeyində, Berlin Dövlət Kitabxanasındadır. Son dövrlərdə bizə məlum oldu ki, Şərqi Avropa ölkələrində, ABŞ-da da bizim əlyazmalarımız saxlanılır. Onu deyim ki, dünyada elə şərq əlyazmaları kitabxanası yoxdur ki, bizə məxsus əlyazma orada saxlanılmasın. Mütəmadi olaraq həmin əlyazmaların surətləri Azərbaycana gətirilir. Demək olar ki, əlyazmalar bütün dövrləri əhatə edir. Nizami Gəncəvi, Nəsirəddin Tusidən başlayaraq son dövrlərə aid müxtəlif əlyazmalarımız ölkəyə gətirilib. Hazırda da bu proses davam edir, lakin işlər sistemli hala salınsa daha yaxşı olardı”, - deyə Paşa Kərimov bildirib.

İlin gənc müəllimi-Müraciət formu