XƏBƏRLƏR

09.11.2019 14:26
“Olimpiadalarla bağlı kifayət qədər vəsait olmadığından əlavə materiallar hazırlayıram” – Qrant müsabiqəsinin qalibi

“Gələcəyin olimpiadaçılarını yetişdirməyi hədəflədiyimiz layihəmizi uğurla davam etdiririk”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Şirvan şəhəri 3 saylı tam orta məktəbin fizika müəllimi Vasif Zeynalov deyib. 

O,“Gələcəyin fizikləri” adlandırdığı layihə ilə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub. Artıq, layihənin icrasına başlayan Vasif müəllim saytımıza açıqlaması zamanı görülən işlərdən söz açıb:

“Bir müəllim kimi bu vəziyyət məni narahat edirdi.

V.Zeynalov ilk olaraq, layihənin ideyasının necə yarandığı haqda danışıb:

“Son illər Respublika Fənn Olimpiadalarında fizika fənni üzər Şirvan şəhərindən iştirak edənlərin sayında kəskin azalma var. Bir müəllim kimi bu vəziyyəti məni narahat edirdi. “Gələcəyin fizikləri” adlandırdığım layihənin əsas məqsədi də məhz Şirvanda fizika fənni üzrə istedadlı şagirdləri aşkarlayaraq, onların bu sahədə uğurlu inkişafına nail olmaqdır. Olimpiadalardan əlavə, şagirdlərin dünyagörüşü və düşüncələrini inkişaf etdirməkdir.  

İcrasına oktyabrın 1-dən başlayaraq uğurla davam etdirdiyimiz layihəmiz  yanvarın 30 da yekunlaşacaq. Layihədə Şirvanda oxuyan 1024 nəfər IX sinif şagirdindən 25- i iştirak edib. Onlar bunun üçün test imtahanı verdilər və ən yüksək nəticə göstərənlər layihəyə cəlb edilib. Uşaqlara həftənin çərşənbə axşamı şənbə və bazar günləri saat 18:00-dan sonra kimya-biologiya təmayüllü liseyin Şirvan filialında dərslər keçirilir”.

“Şirvanda gələcəyin olimpiadaçılarını yetişdirməyi hədəflədiyimiz layihəmizi uğurla davam etdiririk”

Daha sonra görülən işlərdən söz açan Vasif müəllim layihənin uğurla icra edildiyini bildirib:

“Tədris zamanı orta məktəb, abituriyent və olimpiada vəsaitlərindən istifadə edirik. Bizdə olimpiadalarla bağlı kifayət qədər vəsait olmadığı üçün özüm də əlavə material hazırlayıram. Dərslər 2 qrup əsasında müxtəlif müəllimlərin rəhbərliyi ilə keçirilir. Dərslərlə yanaşı, layihə müddətində  şagirdləri yoxlamaq üçün test imtahanları da təşkil edilir. Şirvanda gələcəyin olimpiadaçılarını yetişdirməyi hədəflədiyimiz layihəmizi uğurla davam etdiririk. Şagirdlərin sınaqlarda göstərdikləri nəticələr bunu deməyə imkan verir. Belə ki, seçim zamanı aşağı nəticə göstərsələr də bu gün onların göstəricələrində gözlə gürüləcək qədər irəliləyiş var.

Layihədə iştirak edən uşaqlar müxtəlif məktəblərin şagirdləri olsalar da, onların arasında çox möhkəm dostluq yaranıb. Lakin bu test işləyən zaman pozulur. Onlar öz aralarında tam sağlam rəqabət aparırlar”.

İlin gənc müəllimi-Müraciət formu