XƏBƏRLƏR

08.11.2019 16:00
Sinif rəhbərləri ən çox bu hallarda əmək intizamını pozurlar –Müəllimlərin diqqətinə

Məktəblərdə şagirdlərin nizam-intizamını izləmək, neqativ hallar haqqında rəhbərliyə məlumat vermək, başqa sözlə desək şagirdləri hər cür zərərli hadisələrdən qorumaq sinif rəhbərinin öhdəliyindədir.

Bəzən, sinif rəhbərləri tədris edikləri dərs saatları bitdikdən sonra məktəbdən ayrılırlar.

Bəs qanunla onlar nə qədər müddətdə məktəbdə olmalıdırlar?

AzEdu.az xəbər verir ki, sinif rəhbərinin iş rejimi ümumtəhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.  Müəssisənin əsasnaməsində, daxili əmək intizamı qaydalarında, cədvəldə, tədbirlər planında və digər rəsmi sənədlərdə – protokollarda əks olunur. Məktəblərin əksəriyyətində  daxili qaydalara uyğun olaraq onlar son dərs saatına qədər məktəbdə olması vacib hesab olunur.

Qeyd edək ki,  sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir. Onların  fəaliyyətinə rəhbərlik  isə tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir. Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər sinif rəhbər və müəllimə həvalə edilə bilər.

 Ayşə Müseyib

İlin gənc müəllimi-Müraciət formu