Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 17:30:00
Bu rayonlarda cəmi 1 bağça fəaliyyət göstərir – Pis göstərici  

2019-2019-cu tədris ilində cəmi 1 məktəbəqədər təhsil müəssisəsinin mövcud olduğu rayonlar qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

 

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, 2018- 2019-cu tədris ilində paytaxtda 451 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Burada 45 mindən çox azyaşlı təhsil alıb.

 

Paytaxtı çıxmaq şərti ilə bölgələr arasında ən çox məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyi rayon isə  Şəki olub. Burada 61 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyi məlum olub. Növbəti sırada 58 məktəbəqədər təhsil müəssisəsi ilə Sumqayıt gəlir. Bundan əlavə, Lənkəranda 54, Şəmkirdə isə 52 belə müəssisənin fəaliyyət göstərdiyi qeyd edilib.

 

Məcmuədə ən az məktəbəqədər müəssisənin olduğu rayonlar da əks olunub. Qeyd edilib ki, Şahbuz, Ordubad, Naftalan kimi rayonlarda cəmi 1 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

 

Şabranda 3, Siyəzəndə 5, Şirvanda 6, Yardımlıda 4, Hacıqabulda 3 belə müəssisə fəaliyyət göstərdiyinə görə, onlar da ən az məktəbəqədər müəssisənin mövcud olduğu bölgələr siyahısına daxil edilib.

 

1 müəssisənin mövcud olduğu Naftalan rayonunda 280 azyaşlı təhsil alır.

 

Qeyd edək ki, məcmuədəki statistik göstəricilər həm dövlət, həm də özəl məktəbəqədər təhsil müəssisələrini əhatə edir. Göstəricilərə əsasən, ölkə ərazisində  ümumilikdə 1803 belə müəssisə fəaliyyət göstərir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları