XƏBƏRLƏR

10.10.2019 12:13
"Bəzi məktəblərdə şagird sıxlığı problemi var" - Ceyhun Bayramov

"Hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcuddur".

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu sahədə ölkə üzrə göstəricilərə baxdıqda orta məktəblərdə şagird sayı qanunvericiliyə uyğundur:

"Ancaq bir sıra məktəblərdə sıxlıq müşahidə olunur. Bu da daxili miqrasiya nəticəsində bəzi yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın yaşaması ilə bağlıdır. Bu məsələnin tənzimlənməsi üçün bəzi hallarda iki növbəli tədris təşkil olunur. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq".

İlin gənc müəllimi-Müraciət formu