Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-10 14:05:11
Türkiyə burslarına müraciət etmək üçün tələb olunan əsas şərtlər – Vacib meyarlar  

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Türkiyədir.

AzEdu.az bu dəfə Türkiyədə təqaüdlə təhsil almaq istəyənlər üçün ən çox verdikləri suala cavabı təqdim edir:

 -Türkiyə burslarına müraciət etmək üçün əsas şərtlər nələrdir?

-Türkiyə burslarına müraciət üçün əsas şərt universiteti bitirmək və ya cari ilin sonunda məzun olmaqdır. Azərbaycan vətəndaşları üçün müraciət müddəti adətən yanvar-fevral aylarında olur. Müraciəti uyğun olan tələbələr may ayının ilk həftəsi müsahibəyə dəvət edilirlər. Mayın sonunda isə müsahibədən keçənlər müəyyən olunur.

-Bakalavr və magistr səviyyəsi üzrə Türkiyə burslarına müraciət etmək üçün nə tələb olunur?

-Bakalavr dərəcəsi üçün bütün sahələr üzrə təhsil nailiyyətləriniz 70%, magistr və doktorantura üzrə müraciət edirsinizsə, 75% olmalıdır. Təhsil səviyyəsindən asılı olmayaraq, tibb sahəsi üzrə sənədlərini göndərən namizədlərin göstəriciləri isə 90%-dən yüksək olmalıdır.

Türkiyə burslarına müraciət üçün yaş səviyyələri təhsil dərəcələrinə  görə dəyişir. Onu da qeyd edək ki, Türkiyə burslarına bakalavr proqramı üçün 21, magistratura 30, doktoranturaya isə  35 yaşa qədər olan gənclər müraciət edə bilərlər.

-Türkiyə burslarına hansı ölkələrdən müraciət etmək mümkündür?

-Türkiyə burslarına bütün ölkələrdən müraciət etmək olar

-Türkiyə burslarına müraciət üçün lazım olan sənədlər hansılardır?

-Müraciət üçün lazım olan sənədlər bunlardır: xarici pasport və ya şəxsiyyət, attestat, IX, X, XI sinif transkript, beynəlxalq imtahan nəticəsi ( SAT, GMAT, ALES, YÖS və s), CV, niyyət məktubu... Həmçinin, müraciət üçün referans məktubu, DİM imtahan nəticəsi  tələb olunur.

-Türkiyə burslarının təqaüd paketinə nələr daxildir?

-Bakalavr  dərəcəsində oxumaq istəyənlər üçün təqaüd paketinə aylıq xərclik  700TL, təhsil haqqı, türk dili dərsi (1 illik), yataqxana, tibbi siğorta,gediş-gəliş təyyarə bileti daxildir.Magistratura dərəcəsində oxumaq istəyənlər üçün təqaüd paketinəaylıq xərclik 950 TL,  doktorantura üzrə isə 1400 TL-dir. Doktorantura və ya magistratura üzrə təhsil almaq istəyənlər üçün təqaüd paketinə təhsil haqqı, birdəfəlik təyyarə bileti, tibbi siğorta, tələbə yataqxanası, türk dili dərsləri daxildir. Müraciətlər https://turkiyeburslari.gov.tr/ internet səhifəsindən edilir”.

Qeyd edək ki, sualları Türkiyədə təhsil üzrə mütəxəssis Rəşad Abbasov cavablandırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları