XƏBƏRLƏR

07.09.2019 14:22
SABAH qruplarına qəbul olunanların sayında azalma – Müqayisəli təhlil

SABAH qruplarına 5 tədris ili ərzində 3.961 nəfər tələbə qəbul olunub.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin 2018-ci il hesabatında bu barədə məlumat verilib.

Məlumata əsasən, 2018-ci ildə SABAH qruplarının 844 tələbəsi məzun olub. Məzunların təhsildən sonrakı fəaliyyətlərinin izlənməsi məqsədi ilə aparılmış təhlilin nəticələrinə əsasən, məzunlardan 37%-i Azərbaycanda, 17%-i isə xaricdə ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunublar.

Hesabatda qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən SABAH məzunlarından 74%-i imtahanda minimal keçid balını toplayıblar. İmtahanın yekun mərhələsini uğurla başa vurmuş və müəllimlik fəaliyyətinə başlamış tələbələrin 82%-i hazırda bölgə məktəblərində pedaqoji fəaliyyətlərini davam etdirirlər.  

AzEdu.az illər üzrə tələbə qəbulu göstəricilərini təqdim edir:

2014/2015-ci tədris ili üzrə SABAH qruplarına 748;
2015/2016-ci tədris ili üzrə 857;
2016/2017-ci tədris ili üzrə 724;
2017/2018-ci tədris ili üzrə 851;
2018/2019-ci tədris ili üzrə isə 781 nəfər qəbul olunub.

Qeyd edək ki, SABAH qruplarının yaradıması və fəaliyyətində əsas məqsəd ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün mühitin foralaşdırılması, savadlı, bacarıqlı və hzırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.

İlin gənc müəllimi-Müraciət formu