XƏBƏRLƏR

07.09.2019 10:41
İcma əsaslı məktəbəqədər təhsil müəssisələrinin sayı – SİYAHI

2018-2019-cu tədris ilində “İcma əsaslı məktəbəqədər təhsil proqramı” layihəsi çərçivəsində 14 bölgədə 95 icma yaradılıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, “İcma əsaslı məktəbəqədər təhsil proqramı” layihəsi “İcma Əsaslı Qruplar Vasitəsilə Məktəbəqədər və İbtidai Təhsilin Keyfiyyətinin Yaxşılaşdırılması”proyekti və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Məlumata əsasən, icmalarının sayının ən çox olduğu bölgə Biləsuvar(15), Ağcabədi(13), Şəmkir(11) və Masallıdır(11).

AzEdu.az bölgələr üzrə icma sayını təqdim edir:

Biləsuvar - 15
Ağcabədi - 13
Şəmkir – 11
Masallı – 11
Salyan – 9
Xaçmaz – 9
Goranboy – 5
Quba – 5
Sabirabad - 3
Şabran - 3
Cəlilabad - 3
Neftçala - 3
Şirvan - 3
Bakı - 2

İlin gənc müəllimi-Müraciət formu