XƏBƏRLƏR

02.09.2019 13:00
Müəllim namizədləri sevindirən mərhələ, başa çatan vakansiya seçimi - Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başladı

Ötən həftədə müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçiminə start verildi

 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak etmək istəyən qeyri-pedaqoji ixtisaslı 106 namizəd tutduqları vakant yerə müddətli müqavilə əsasında təyin ediliblər. 

Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı

Geridə buraxdığımız günlərdə Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin vakansiya seçimi başa çatdı

Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

 Həftənin təhsil informasiyaları

 Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı başa çatdı

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.

2019/2020-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edildi.

Sənəd qəbulu internet vasitəsilə avqustun 31-dən sentyabrın 4-dək ixtisas seçimi aparılacaq.

 Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatdı

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatdı.

 Peşə məktəblərin boş yerlərinə sənəd qəbulu başlayıb

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlərə qəbul başladı.

 

    

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu