XƏBƏRLƏR

29.08.2019 17:09
Əlavə yerləşdirmədə kimlər iştirak edə bilməz? – RƏSMİ  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin I turunda yer tutan namizədlər əlavə yerləşdirmə mərhələsində iştirak edə bilməzlər.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadəyə məlumat verib.

Məlumatda əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin vakansiya seçimi mərhələsində əsas götürülən yeganə meyar namizədin topladığı baldır. Müəllimliyə namizədlər II mərhələdə da 8 vakant yer seçə bilərlər. I turda yer tutan müəllim namizədlər isə əlavə yerləşdirmə mərhələsində iştirak edə bilməzlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.

İndiyədək 19 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2 996 namizəd elektron ərizəsini təsdiqləyib.