Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 11:46:00
Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə dörd gün keçiriləcək

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil oktyabrın 1-dən yanvarın 26-dək, ikinci yarım il isə fevralın 1-dən mayın 31-dəkdir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq. Məşğələlərin müddəti həftədə 4 gün olmaqla (12 məşğələ) müəyyən olunur:

- Bir gün ərzində 3 məşğələ;

- Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;

-Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.