Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-22 14:44:00
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq

Elektron xidmətin yaradılmasında məqsəd ümumtəhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir. Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir. Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq.