Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-20 10:05:00
Avqustun II yarısında keçiriləcək imtahan və tədbirlərin tarixləri - TƏQVİM

Dövlət İmtahan Mərkəzi xeyli müddətdir ki, 2019-cu ildə keçiriləcək imtahan və tədbirlərin dəqiq tarixlərini elan edib.

AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən avqust ayının ikinci yarısında keçiriləcək tədbirlərin təqvimini təqdim edir:

23-29 avqust - Orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

23 avqust- 2 sentyabr - Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı;

27 avqust – 2 sentyabr - Orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta ixtisas bazasında boş qalan yerlərə ixtisas seçimi;

30 avqust – 4 sentyabr - Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında: boş qalan yerlərə ixtisas seçimi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları