Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 21:33:00
Yapon alimlərdən maraqlı araşdırma

Yaponiya Milli Tədqiqatlar İnstitutu okeanın dərinliklərinə yayılaraq ekosistemə mənfi təsir göstərən plastik tullantıların tədqiqi ilə bağlı böyük elmi layihəyə başlayacaq.

AzEdu.az xəbər verir ki, Yaponiya Dəniz Geoloji Elmlər və Texnologiyalar Agentliyi bu məqsədlə apreldə xüsusi qrup yaradıb.

Bildirilir ki, üç həftəlik dövrü əhatə edəcək layihəyə avqustun 28-də start veriləcək. Layihə Tokionun cənubunda yerləşən Saqami körfəzində və Yaponiya paytaxtının şərqindəki Boso yarımadası ətrafında həyata keçiriləcək.

Alimlər dənizin 1200 metr dərinliyindən başlayaraq 9200 metr dərinliyədək suyun tərkibində mikroplastikləri və plastik çöküntünü araşdıracaqlar. Həmçinin mikroplastiklərin nə vaxtdan dənizdə toplanmasını və dəniz heyvanlarının mədəsində onları aşkarlamağın mümkünlüyünü tədqiq edəcəklər.