Azedu.az

Arktikada rekord temperatur qeydə alınıb

18 Avqust 2019, 16:21
Arktikada rekord temperatur qeydə alınıb

ABŞ-ın Okean və Atmosfer Təhqiqatları üzrə Milli İdarəsindən (NOAA) verilən məlumata görə, Arktikada havanın temperaturu rekord həddə - 34,8 dərəcə selsiyə çatıb.

Bu barədə "Gizmodo" yazır.

NOAA-nın məlumatına görə, rekord istilik 26 iyulda İsveç meteroloji stansiyası tərəfindən qeydə alınıb.

İdarədən bildiriblər ki, bu il rekord temperatur Alyaskada da müşahidə olunub. Bu da öz növbəsində meşə yanğınlarına səbəb olub. Bundan başqa, bu il Alyaska su üzərindəki buzlar 6-8 həftə tez əriməyə başlayıb.(oxu.az)

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox