XƏBƏRLƏR

05.08.2019 13:32
Bu günədək 54 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 12:55-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 15829, II ixtisas qrupu üzrə 13121, III ixtisas qrupu üzrə 16952, IV ixtisas qrupu üzrə 4135 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 5136 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-da saat 23:59-da başa çatacaq.

İlin gənc müəllimi-Müraciət formu