XƏBƏRLƏR

02.08.2019 13:24
Rezident olanlara xəbərdarlıq! –Bu gün sonuncu gündür

Bu gün rezident adını qazananların aidiyyatı qurumlarda qeydiyyatdan keçməsi üçün sonuncu gündür.

AzEdu.az xəbər verir ki, müsabiqə nəticələrinə əsasən,  iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-ı oğlan, 234-ü isə qızlardır.

Azərbaycan Tibb Universiteti və  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olunanlar müvafiq sənədlərini ixtisaslarına uyğun vaxtda Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Bu zaman onlar nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı, qeydiyyatdan keçməlidirlər.

Bu gün 09.30-dan 13:00-dək Laboratoriya işi, Oftalmologiya, Plastik cərrahiyyə, Hematologiya, Revmatologiya ixtisaslarına qəbul olunanlar qeydiyyatdan keçməlidirlər.

Həmin gün 14.00-16:30 aralığı isə Epidemiologiya, Gigiyena, Ftiziatriya, Qastroenterologiya, Patoloji anatomiya, Məhkəmə-tibbi ekspertiza ixtisaslarını seçənlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu