Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-27 11:34:00
"İlin gənc müəllimi-2019" müsabiqəsinin ilk 10 namizədi nə vaxt elan olunacaq?

"İlin gənc müəllimi-2019" müsabiqəsinin ilk 10 namizədi növbəti həftə elan ediləcək.

AzEdu.az xəbər verir ki, müsabiqə AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

"İlin gənc müəllimi-2019"müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır.

Xatırladaq ki, nəticədə, 3 gənc müəllim qalib elan ediləcək.

I yerin qalibi – 1000 AZN
II yerin qalibi – 500 AZN
III yerin qalibi – 250 AZN məbləğində pul mükafatı ilə təltif ediləcək.

Əlavə olaraq, 5 müəllim də həvəsləndirici yerin qalibi olacaq. Həvəsləndirici yer tutan gənclərin hər birinə 100 AZN pul mükafatı təqdim ediləcək. Finala keçən bütün iştirakçılara (10 nəfər) sertifikat və hədiyyə təqdim olunacaq.

Layihənin sonunda təqdimat mərasimi keçiriləcək. Keçənilki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

"İlin gənc müəllimi-2019" müsabiqəsinə namizəd olan 50 müəllimlə bu link vasitəsilə tanış ola bilərsiz.