Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 12:45:09
Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?  

Direktorların işə qəbulu müsabiqəsinin sənəd qəbulu mərhələsi artıq yekunlaşıb.

Nəticələrə görə, 3 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.

500-ə yaxın vakant yerin çıxarıldığı müsabiqə 4 mərhələdən  ibarətdir: elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə.

Hazırda namizədləri ən çox maraqlandıran məsələlərdən biri də növbəti mərhələ - test imtahanının nə zaman təşkil olunacağı, bu barədə necə məlumat əldə edəcəkləridir.

AzEdu.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.

Qeyd edək ki, test imtahanı zamanı namizədlərə əmək qanunvericiliyi üzrə 20, təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 15 sual olmaqla ümumilikdə 60 sual təqdim olunur.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları