Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-21 17:24:00
Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Elm adamları qlobal istiləşmənin nəticəsində sürətlə əriyən buzlaqların ərimə problemi üçün maraqlı və bir o qədər də çılğın bir fikri ortaya atıb. 7,4 trilyon ton süni qar ilə buzlaqların ətrafında bir növ sahil yaratmağı təklif edən elm adamları bu sayədə buzlaqların əriməsinin zəiflədilə biləcəyini bildirib.

AzEdu.az  xəbər verir ki, bir çox elm adamı buzlaqların əriməsinin qarşısını almaq üçün müəyyən üsullar axtarır. Bu ana qədər bir çox təklif edilmiş olsa da, bu vaxta qədər görülmüş ən maraqlı təklif ötən günlərdə edilib. Üç elm adamından ibarət olan bir komanda Antarktidaya 7,4 trilyon ton süni qar gətiriləcəyi zaman buzlaqların əriməsinin ləngiyəcəyini bildirib.

Tədqiqatın müəllifləri bu prosesi reallaşdırmağın insanlara bənzəri görülməmiş bir çətinlik törədəcəyini bildirərək okeandakı suları çəkmələri lazım olduğunu və bunun üçün də böyük enerji sərf olunacağını dilə gətirib. (moderator.az)