Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 18:19:36
AzEdu.az-ın 22 iyulla bağlı keçirdiyi sorğunun qalibləri - Fərqlənən rektor, mətbuat katibi və jurnalistlər  

22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün böyük maarifçi-ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirməklə yanaşı, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü kimi qeyd olunur.

 AzEdu.az təhsil portalı 22 iyul Milli Mətbuat Günü münasibətilə bir neçə nominasiya üzrə sorğu keçirərək qalibləri  müəyyənləşdirib.

Qeyd edək ki, ilk iki nominasiya üzrə sorğuda jurnalistlər iştirak ediblər.

I nominasiya: Media nümayəndələrinə daha çatımlı olan və qaldırılan məsələlərə tez bir zamanda reaksiya verən mətbuat xidməti rəhbəri:

Bu nominasiya üzrə ən çox adıçəkilən iki mətbuat xidməti rəhbərləri bunlardır:

Bakı Dövlət Universitetinin  ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvanə İbrahimova    ümumi səslərin  29  faizini toplayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin –UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova isə səslərin 15.8%   faizinə sahiblənib;

II nominasiyaMediaya yaxınlığı və daha açıq olması ilə seçilən ali təhsil müəssisəsinin rektoru;

UNEC rektoru professor Ədalət Muradov- ümumi səslərin 22,6 faizi;

Azərbaycan İlahiyyat İnstitutunun rektoru – Ceyhun Məmmədov -19 faiz.

III nominasiya:  Təhsil sahəsinə aid mövzuları daha peşəkar, obyektiv və operativ şəkildə  işıqlandıran   jurnalist;

Təhsil ekspertləri, universitetlərin mətbuat xidmətlərinin rəhbərləri və pedaqoji kadrlardan ibarət şəxslərin səsverməsinə əsasən, yuxarıdakı göstəricilərə ən çox aşağıdakı qələm sahibləri cavab veriblər:

Ruhiyyə Daşsalahlı (“Azərbaycan müəllimi” qəzeti) – ümumi səslərin 11 faizi;

Namidə Bingöl (Modern.az xəbər portalı) – 8,9 faiz; 

IV nominasiya: Təhsil mövzularına ən çox  yer ayıran və bu əsnada peşəkar meyarları qoruyan  media orqanı:

“Azərbaycan müəllimi” qəzeti – 19 faiz;

Azərtac Dövlət Agentliyi – 7,9 faiz 

Qeyd edək ki, iştirakçıların  hər iki nominasiya üzrə maksimum 3 namizədin adını çəkmək şansı olub.

Qaliblərə AzEdu.az təhsil portalı adından diplom veriləcək.

Rəna Nəbi

Şüküfə Süleymanlı