Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-18 15:40:00
ADNSU-da 7 tələbə 8 ildir təhsil alırdı, onlardan 3-ü 9-cu ilə keçdi - Rektor

“Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirməli olan 2 826 tələbədən 2416-sı məzun oldu, 410 nəfər isə təhsilini tamamlaya bilmədi”.

AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADNSU-nun rektoru Mustafa Babanlı deyib.

O vurğulayıb ki, bu hal rektor kimi onu məyus etməyib:

“Bu məsələ bəlkə də məni məyus etməli idi. Ancaq əksinə, sevinirəm ki, həmin insanlar diplom almağa layiq olmadıqlarını başa düşdülər. Həm də ona sevinirəm ki, 8-ci ildir təhsilini başa vura bilməyən 7 nəfərdən 4-ü bu il məzun olub. Yerdə qalan 3 nəfər isə 9-cu ilə keçdi”.

Bundan sonra da universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam edəcəyini deyən rektor bildirib ki, riyaziyyat və fizika yönümlü dərslər artacaq:

“Universitet elə bir səviyyəyə gəlib çatacaq ki, buradan çıxan məzunlar cəmiyyətdə böyük nüfuz qazanacaqlar. Bu il universitemizin magistraturasına daxil olan tələbələrin 73 faizi məhz ADNSU-nun məzunudur. Bu rəqəm heç vaxt 50 %-dən artıq olmurdu. Adətən başqa universitetlərin tələbələri daha yüksək bal toplayaraq bizə gəlirdi. Magistraturaya 574 nəfər birbaşa qəbul oldu ki, bunun da 83%-i ödənişsiz əsaslarla təhsilini davam etdirəcək. 2019-2020-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə 3065 plan yeri sifariş vermişdik. Halbuki 2014-2015-ci tədris ilində bu say 1600 nəfər idi. ADNSU-nun ikinci ali təhsilində 738 tələbə var. Bu il də 300-3500 nəfər qəbul nəzərdə tutulub”.