XƏBƏRLƏR

27.06.2019 13:35
Təhsil müəssisələri ilə bağlı yeni dövlət rüsumu müəyyənləşdi  

Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.

AzEdu.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik layihəsi III oxunuşda Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə təklif olunan 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 2000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 5000 manat, peşə təhsili müəssisələrindən 10000 manat, orta ixtisas təhsili müəssisələrindən 12000 manat, ali təhsil müəssisələrindən 20000 manat, əlavə təhsil müəssisələrindən 12000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 12000 manat dövlət rüsumu tutulacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və III oxunuşda qəbul edilib.

İlin gənc müəllimi-Müraciət formu