XƏBƏRLƏR

14.05.2019 09:24
Bu ixtisasların adı dəyişdirildi - Baş Nazirdən Qərar

Ali təhsilin magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib.

AzEdu.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat" və “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, magistratura səviyyəsində "Klinik psixologiya", doktorantura səviyyəsində "Tibbi psixologiya" adlandırılan ixtisaslar "Klinik (tibbi) psixologiya" ixtisası olub.

Nazirlər Xidməti “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə də dəyişiklik edib. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün yarımstasionar (günərzi) sosial-psixoloji xidmətlərdən "psixodiaqnostika və şəxsiyyətin öyrənilməsi" xidməti " “psixoloji müayinə və şəxsiyyətin öyrənilməsi" adlandırılıb.

İlin gənc müəllimi-Müraciət formu